Argentina millisinin hücumçusu Lionel Messi komandasının Ekvador üzərində qələbəsindən danışıb.
Onun sözlərini Argentina millisinin mətbuat xidməti yayıb.
“Ekvadorun çox yaxşı oyunçuları var, onlar nə etdiklərini bilirlər və fiziki cəhətdən çox yaxşıdırlar. Çox çətin oyun oldu. Bir az yorğunam, amma özümü yaxşı hiss edirəm. Biz bu yaxınlarda dünya çempionu olduq, amma mübarizəni davam etdirməli və növbəti dünya çempionatına hazırlaşmalıyıq. Hamı Argentinanı məğlub etmək istəyir və indi biz çempion olduğumuzdan daha çox,” Messi deyib.
Bu matça qədər Leo millinin forması ilə 175 oyun keçirib, bu oyunda 103 qol vurub və 56 məhsuldar ötürmə edib. 2022-ci ildə milli komandanın tərkibində Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Turnirin sonunda hücumçu ən yaxşı oyunçu kimi tanınıb.
Mənbə: TRT Spor