Avqustun 24-də ABŞ Açıq Kubokunun yarımfinalında “İnter Mayami” səfərdə “Cincinnati”ni məğlub etdi. Əsas vaxt 3:3 (penaltilər seriyası 5:4) hesabı ilə başa çatıb.
“İnter Mayami”nin heyətində Leonardo Kampana dubla, Josef Martinez isə daha bir qola imza atıb. “İnter”in bu oyundakı əsas ulduzu Lionel Messi ABŞ-da olduğu müddətdə (7 matç) ilk dəfə meydandan qol vura bilməyib. Bununla belə, argentinalı iki məhsuldar ötürmə edib.
Turnirin finalında “İnter Mayami” “Hyuston Dinamo” – “Real Solt Leyk” cütünün qalibi ilə qarşılaşacaq.
“İnter Mayami”də səkkiz oyundan sonra Messinin aktivində 10 qol və üç məhsuldar ötürmə var. Avqustun 20-də argentinalı ilk Amerika kubokunu qazandı. “İnter Mayami” turnirin final oyununda “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun sahibi olub.
Mənbə: TRT Spor