Şimali Amerika Böyük Futbol Liqasının (MLS) müntəzəm mövsümündə keçirilən “İnter Mayami” – “Şarlotta” matçı təxirə salınıb.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Görüş avqustun 20-də baş tutmalı idi. Qarşılaşmanın vaxtı dəyişdirilib. Hər iki komandanın qarşılaşacağı Liqalar Kubokunun 1/4 finalına çıxması səbəbindən təxirə salınıb. Avqustun 19-da komandalardan biri əvvəlki turdakı rəqibini məğlub edəcəyi təqdirdə finalda oynayacaq. MLS-də Şarlotta ilə matç Lionel Messinin liqada debütü olmalı idi. Görüşün yeni tarixi hələ açıqlanmayıb.
Mənbə: Sports.ru