Böyük Futbol Liqası (MLS) argentinalı “İnter Mayami”nin hücumçusu Lionel Messinin rəsmi maaşını açıqlayıb.
Bu barədə MLS oyunçular birliyinin rəsmi saytı məlumat yayıb.
Liqa 36 yaşlı forvardın klubla müqaviləsinin illik 20,4 milyon dollar olacağına zəmanət verildiyini bildirib. Məbləğə oyunçunun əsas maaşı, həmçinin bütün imza ödənişləri və bonuslar daxildir. Qeyd olunur ki, bu rəqəmlər liqa üçün rekorddur.
2023-cü ilin yayında Messi iki ildən sonra Fransa PSJ-sindən İnter Mayamiyə keçib.
Mənbə: Sports.ru