image-n1karobka_ads
image-123
image-298810_fc0ofi5kxpbackend

Mətanət Əliverdiyeva avtobus sürücülərindən şikayət edib

image-ad_qayo_720x110px

Aparıcı Mətanət Əliverdiyeva avtobus sürücülərinin davranışından narazılığını bildirib.

Axşam.az xəbər verir ki, o, “Xəzər axşamı” verilişində çıxış edərək deyib:

“Avtobus sürücüləri! Necə ki, avtobusların arxasında yazılıbsa, ‘Yol ver’, biz sizə yol veririk. Amma siz vermirsiniz.

Avtovağzaldan gələn istər avtobus, istərsə də minik maşınları, siz gözləməlisiniz. Oradakı işarə sizin üçündür… Tək mən yox, bir neçə insan avtobus sürücülərindən şikayətçidir.

Biz sizə yol veririksə, o demək deyil ki, əzib keçin. Xahiş edirəm, səlahiyyətdən süni istifadə etməyək. Sizin üçün xüsusi zolaq ayrılıb. Biz sizin zolağa daxil olmuruq, siz də bizim zolağa daxil olmayın”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki