image-n1karobka_ads
image-123
image-mikayiljpg-1668429860backend

Mikayıl Cabbarov yüksək nəticə əldə etmiş qadın güləşçiləri təbrik edib – FOTO

image-ad_qayo_720x110px

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov U-23 Avropa çempionatında yüksək nəticə əldə etmiş qadın güləşçiləri təbrik edib.

Doğru.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bakıda keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə millimiz tarixində ilk dəfə komanda hesabında üçüncü yeri tutub. Yığmamızın üzvləri Jalə Əliyeva (57 kq) qızıl, Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram”, – deyə nazir qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki