image-n1karobka_ads
image-123
image-17286270236021735_1200x630backend

Millətlər Liqası: Azərbaycan yığması bu gün Estoniyanın qonağı olacaq

image-ad_qayo_720x110px

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, C Liqasının I qrupunda yer alan yığma 3-cü turda Tallində Estoniya seçməsinin qonağı olacaq.

“Lilleküla” stadionunda oynanılacaq qarşılaşmanı irlandiyalı hakim Rob Harvi idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu qrupun digər matçında Slovakiya millisi doğma meydanda İsveçlə qarşılaşacaq.

Qeyd edək ki, ilk iki turdan sonra aktivində xalı olmayan Azərbaycan yığması 3-cü pillədə qərarlaşıb. Altı xala malik İsveç birinci, Slovakiya ikincidir. Xalı olmayan Estoniya isə qrupun autsayderidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki