image-n1karobka_ads
image-123
image-milli_komandabackend

Millətlər Liqası: Azərbaycan yığması bu gün Slovakiya ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda növbəti oyununa çıxacaq.

Doğru.az xəbər verir ki, yığma IV turda Bakıda Slovakiya seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Matçı norveçli FIFA referisi Roxit Saqqi idarə edəcək.

Üç turdan sonra xalı olmayan Azərbaycan millisi sonuncu, 7 xalı olan Slovakiya komandası isə 2-ci pillədə qərarlaşıb.

Qrupun digər matçında İsveç Estoniyanı sınağa çəkəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki