image-n1karobka_ads
image-123
image-17651804323290535978_1200x630backend

Milli Məclisdə “Azərbaycan dilinin inkişaf strategiyası” mövzusunda konfrans keçirilir – FOTO

image-add-a-heading

Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans təşkil edilib.

Doğru.az xəbər verir ki, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, elm və təhsil naziri Emin Əmrullayev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri Elçin İsmayılov çıxış edirlər.

Konfrans çərçivəsində Azərbaycan dilinin qorunması və inkişafı, ədəbi dil normaları və milli toponimlərin mühafizəsi ilə bağlı məsələlər müzakirə olunur.

DOĞRU.AZ

image-17651804323290535978_1200x630 image-17651804323125713573_1200x630 image-17651804322317456420_1200x630 image-17651804323601163306_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki