image-n1karobka_ads
image-123
image-1763729845319453199_1200x630backend

Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

image-add-a-heading

Noyabrın 21-də Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Çəkməköy Bələdiyyəsinin sədri Orhan Çerkezin rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti arasında görüş keçirilib.

Doğru.az xəbər verir ki, görüş haqqında məlumatı parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışında bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətləri ölkələr arasında bütün sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişafına şərait yaradır. Onun sözlərinə görə, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu parlamentin ən çox üzvə malik qrupudur və parlament sədrlərinin intensiv qarşılıqlı səfərləri qanunvericilik sahəsində təcrübə mübadiləsini daha da gücləndirir.

Çəkməköy Bələdiyyəsinin sədri Orhan Çerkez Azərbaycan-Türkiyə dostluğunun dərin tarixi köklərə malik olduğunu vurğulayıb. O bildirib ki, əsrlər boyu qarşılıqlı hörmət və etimad üzərində formalaşmış bu münasibətlər bu gün də həm dövlətlərarası, həm də parlamentlərarası əməkdaşlığın inkişafı üçün möhkəm baza yaradır.

Görüşdə parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov da çıxış edərək iki ölkə arasındakı tarixi dostluq münasibətlərinə dair fikirlərini bölüşüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki