image-n1karobka_ads
image-123
image-17646604035240046635_1200x630backend

Milli Məclisin növbəti plenar iclası keçirilir

image-ad_qayo_720x110px

Dekabrın 2-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir.

Doğru.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı 6 məsələ daxil edilib:

1. 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi (ikinci oxunuş);

2. Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında qanun layihəsi (ikinci oxunuş);

3. İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında qanun layihəsi (ikinci oxunuş);

4. 2026-cı il üçün yaşayış minimumu haqqında qanun layihəsi (ikinci oxunuş);

5. 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında qanun layihəsi (ikinci oxunuş);

6. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər – Vergi Məcəlləsi, deputatın statusu, sosial sığorta, hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının icbari şəxsi sığortası, tibbi sığorta, dövlət rüsumu, şəkərli diabet, hemofiliya, talassemiya, dağınıq skleroz, uşaqların icbari dispanserizasiyası, gömrük tarifi, nağdsız hesablaşmalar və əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanun layihəsi (ikinci oxunuş).

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki