image-n1karobka_ads
image-123
image-milli-meclisbackend

Milli Məclisin növbəti plenar iclası keçirilir

image-ad_qayo_720x110px

Dekabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirilir.

Doğru.az xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib:

Müxtəlif qanunlarda, o cümlədən Əmək Məcəlləsi, Mülki Prosessual Məcəllə, Ailə Məcəlləsi və uşaqların sosial müdafiəsi ilə bağlı qanunlarda dəyişikliklər (üçüncü oxunuş).

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik (ikinci oxunuş).

İnzibati Xətalar Məcəlləsində dəyişiklik (ikinci oxunuş).

Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Tarix və mədəniyyət abidələrinin qorunması” və “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklər (ikinci oxunuş).

“Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik (ikinci oxunuş).

“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik (ikinci oxunuş).

Vergi Məcəlləsi, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması qanunlarında dəyişiklik (ikinci oxunuş).

“Patent haqqında” qanunda dəyişiklik (birinci oxunuş).

“Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında” qanunda dəyişiklik (birinci oxunuş).

İclasın nəticələri və qanun layihələrinin qəbul olunub-olunmayacağı barədə məlumatlar tədbirin sonunda açıqlanacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki