image-n1karobka_ads
image-123
image-img-20250929-wa0063backend

Mina Hüseyn ad günündə “Sevdim” klipini təqdim etdi – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Müğənni Mina Hüseyn ad günündə pərəstişkarlarını sevindirib.

Doğru.az xəbər verir ki, ifaçı məhz doğum günündə “Sevdim” adlı yeni mahnıya çəkilən klipini təqdim edib. Bəstənin müəllifi Kənan Əzimzadədir. Qəbələnin ən gözəl təbiətində lentə alınan ekran işinin rejissorluğu Xəyal Murtuzova həvalə olunub.

Sənətçi yeni layihəsini məhz ad günündə sevənlərinə təqdim etməklə, onlara olan sevgisini ifadə edib. Mina Hüseyn bildirib:

“Sevdim mahnısı əsl sevənlər üçün yazılıb. Bir ömür bərabər xoşbəxt olanların nəğməsi olacaq. Bu mahnı sevginin sadəliyini, təmizliyini və gücünü özündə əks etdirir. Ümid edirəm ki, dinləyən hər kəs öz məhəbbətini bu notlarda tapacaq. Hər kəsə xoş seyrlər diləyirəm!”

DOĞRU.AZ

image-img-20250929-wa0062

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki