image-2000x150px
image-123
image-ads_atlas
image-94-pic_32ratio_900x600-900x600-39669backend

Mişel Ukraynanın maliyyələşdirilməsini gələn ilə təxirə salıb

image-728x90px

Avropa Şurasının sədri Çarlz Mişel bildirib ki, Macarıstanın baş naziri Viktor Orban səsvermənin qarşısını aldıqdan sonra Avropa İttifaqı 2024-cü ilin yanvarında Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiq edəcək.

“Bugünkü iclasımızı yenicə başa vurduq. Yanvarda bu mövzuya qayıdacağıq, əminəm ki, konsensusa nail olacağıq”, – deyə Mişel səsvermənin nəticələrindən sonra bildirib.

Sammitin əsas mövzularından biri Ukraynaya 2027-ci ilin sonuna qədər 50 milyard avro dəyərində yardım proqramı olub. Avropa Komissiyası Kiyevə 33 milyard avro kredit və qrant şəklində 17 milyard avro ayırmağı vəd edir. Mişel qeyd edib ki, yalnız Macarıstan Ukraynaya maliyyə yardımının verilməsinə qarşı çıxıb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki