Moldova polisi ölkənin cənubunda Ukrayna ilə sərhədə yaxın ərazidə qalıqları tapılan pilotsuz uçuş aparatının döyüş başlığının zərərsizləşdirildiyini bildirib.
Bu barədə Baş Polis Müfəttişliyinin Telegram kanalında məlumat verilib.
Bəyanatda deyilir ki, Moldova polisi maksimum təhlükəsizlik şəraitində aşkar edilmiş partlayıcı qurğunu işə salıb.
Fevralın 12-də polis bildirib ki, pilotsuz uçan aparatın qalıqlarının aşkar edildiyi yerdə istehkamçılar onun döyüş başlığını aşkar ediblər, içərisində 50 kiloqrama yaxın partlayıcı maddə olub.
Mənbə: A Haber