Moldova ilə Rumıniya sərhədində, Leuseni sərhəd zastavasında 30-dan çox traktor etiraz əlaməti olaraq yolu bağlayıb.
RİA Novosti bu barədə Moldovanın “Fermerlərin Gücü” assosiasiyasının nümayəndəsi İon Plamadeala istinadən xəbər verir.
Onun sözlərinə görə, şənbə günü, fevralın 10-da “kortəbii” etiraz aksiyası keçirilib. Plamadeale-nin dediyi kimi, Moldovanın bir neçə bölgəsindən olan fermerlər Leuşeni keçid məntəqəsi yaxınlığında yolu bağlayıblar; onların 30-35-ə yaxın traktoru təxminən 30 dəqiqə ərzində nəqliyyatın hərəkətini kəsib.
DOĞRU.AZ