Moldova parlamentinin sədri İqor Qrosu bildirib ki, Kişinyov 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) daxil ola bilər.
O xatırladıb ki, dövlət başçısı Maia Sandu 2030-cu ilə qədər Aİ-yə daxil olmaq məqsədini açıqlayıb.
“Bu, bizim qarşımıza qoyduğumuz məqsəddir. Mən bu məqsədi dəstəkləyirəm, lakin eyni zamanda həmkarlarıma da demişəm və hamıya deyirəm ki, biz bu prosesi sürətləndirməyə çalışacağıq”, – deyə Qrosu bildirib.
Onun sözlərinə görə, Moldovada, Ukraynada və bütün Avropada sürətlənmiş dinamika var – hadisələr çox sürətlə cərəyan edir, on il əvvəl belə deyildi.
“Biz bu çətin vəziyyətdə uyğunlaşmalı, imkanlar tapmalıyıq… 2022-ci ildə biz namizəd ölkə statusunu aldıq, 2023-cü ildə isə danışıqlara başladıq”, – deyə Qrosu vurğulayıb.
Mənbə: Lenta.ru