Moldova hakimiyyəti telekanalları Avropa yayımçılarının məzmununu təkrar yayımlamağa məcbur edib.
RİA Novosti bu barədə Yayım Şurasının saytına istinadən xəbər verir.
Qeyd olunur ki, iyun ayından etibarən yerli media xidmət provayderlərindən Avropa televiziya şirkətlərinə efir vaxtının ən azı 10%-ni təqdim etmələri tələb olunacaq.
Ölkənin Yayım Şurası bu tələbin cari ilin fəaliyyət planında yer aldığını vurğulayıb.
Bundan əvvəl Moldova Televiziya və Radio Şurası RTR Moldova telekanalının lisenziyasını ləğv edib. Kanalın yayımı 2022-ci ilin dekabrında dayandırılıb. Qərar telekanalın təsisçilərinin özlərinin tələbi ilə bağlı verilib.
Mənbə: RİA Novosti