image-2000x150px
image-123
image-ads_atlas
image-bagcabackend

Müvafiq təhsili olmayan bağça müəllimləri işdən çıxarılacaqlar? – RƏSMİ

image-728x90px

Elm və Təhsil Nazirliyinin (ETN) açıqladığı məlumata görə, ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər həyata keçirilib.

Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5 800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur.

Açıqlanan rəqəmlər müzakirələrə səbəb olduğu qədər də həmin müəllimlərin işlədikləri müəssisələrdə qalıb-qalmayacaqları haqqında suallara gətirib çıxardı.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxslərin işdən uzaqlaşdırılması haqqında söhbət getmir və ETN-nin belə bir niyyəti də yoxdur. 2026-cı ilə qədər bütün müəllimlər sertifikatlaşdırılma prosesində iştirak edəcəklər. Sertifikasiyadan keçə bilməyən müəllimlər üçünsə bir il ərzində yenidən şans yaradılır.

Elm və Təhsil Nazirliyindən o da bildirilib ki, açıqlanan rəqəmlər yalnız dövlət məktəbəqədər təhsil müəssislərinə aiddir. Özəl müəssisələr buraya aid deyil. Çünki nazirlik ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində müəllimlərin işəqəbulu prosesini test və müsahibə yolu ilə elektron formada mərkəzləşdirilmiş qaydada həyata keçirir.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki