image-n1karobka_ads
image-123
image-20180629_zaf_f109_027-pic_32ratio_900x600-900x600-61361backend

Navalnı haqqında yayılan xəbərlərə görə Kanadaya Rusiyanın işlərinə qarışmamaq tövsiyə edilib

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov Ottavanı Rusiya Federasiyasının daxili işlərinə qarışmamağa çağırıb.

Doğru.az xəbər verir ki, bu barədə o, RİA Novosti-yə bildirib.

O, Aleksey Navalnı ilə bağlı xəbərdən sonra Kanada Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib. Eyni zamanda, görüş zamanı o, Rusiyanın işlərinə kənardan müdaxilənin qəbuledilməz olduğuna diqqət çəkib.

“Söhbət Rusiya vətəndaşından və deməli, Rusiyanın daxili məsələsindən gedir. Biz Kanadanın işlərinə qarışmırıq və onları eyni prinsipə əməl etməyə çağırırıq”, – deyə Stepanov yekunlaşdırıb.

Diplomat həmçinin təsdiqləyib ki, Kanada Xarici İşlər Nazirliyi görüşdə ona demarş elan edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki