image-n1karobka_ads
image-123
image-234254_yfd2tf2fyybackend

“Nazik mətləb”in qala gecəsi keçirildi – Fotolar

image-ad_qayo_720x110px

Əməkdar elm xadimi, mərhum yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filminin qala gecəsi baş tutub.

Axşam.az xəbər verir ki, Nizami Kino Mərkəzində gerçəkləşən gecəyə incəsənət və siyasət aləminin tanınmış simaları qatılıblar.

Ekran işində baş rolu canlandıran Əməkdar artist Gülzar Qurbanova və model Rüstəm Cəbrayılov ilk olaraq media nümayəndələrinin suallarını cavablandırıblar. Onlar çəkiliş anından, filmin qısa məzmunundan söz açıblar.

Qeyd edək ki, G.Qurbanova ekran işində müəlliminə aşiq olan, ancaq qınaqdan qorxan və sevgisini gizlədən tələbə obrazını oynayır. Filmin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradov, operatoru isə Rauf Qurbanəliyevdir.

Foto: İlqam Cəbiyev

image-showpic_el100-16 image-showpic_el100-17 image-showpic_el100-18 image-showpic_el100-19 image-showpic_el100-20 image-showpic_el100-21 image-showpic_el100-22 image-showpic_el100-15 image-showpic_el100-14 image-showpic_el100-7 image-showpic_el100-6 image-showpic_el100 image-showpic_el100-1 image-showpic_el100-3 image-showpic_el100-5 image-showpic_el100-8 image-showpic_el100-9 image-showpic_el100-10 image-showpic_el100-11 image-showpic_el100-12 image-showpic_el100-13

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki