image-n1karobka_ads
image-123
image-1759302085748150094_1200x630backend

Nazir: Aqrar sahə iqlim mübarizəsində prioritetdir

image-ad_qayo_720x110px

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib ki, iqlim fəaliyyətində qadınların liderliyi mərkəzi rol oynayır.

Doğru.az xəbər verir ki, üçüncü dalğa kənd təsərrüfatı, su, nəqliyyat və ağıllı şəhərlər üzrə iqlim davamlılığına yönəlib.

Nazir vurğulayıb ki, qadın və gənclərin, həmçinin kənd yerlərində yaşayan icmaların bilik və bacarıqlarla təmin olunması iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm vəzifədir. Məqsəd kənd təsərrüfatı təşəbbüslərinin birləşərək dayanıqlı nəticələrə gətirilməsidir, xüsusilə fermerlərin, qadınların və gənclərin gücləndirilməsi prioritetdir.

Məcnun Məmmədov qeyd edib ki, rəqəmsal transformasiya və ağıllı texnologiyalar kənd təsərrüfatında müasir yanaşmaların əsasını təşkil edir. 2018-ci ildən nazirlik xidmətlərin rəqəmsallaşdırılmasını sürətləndirib, “eagro” platforması vasitəsilə fermerlər əsas xidmətlərə çıxış imkanı əldə ediblər. COVID-19 pandemiyası dövründə sistemlərin əhəmiyyəti aydın görünüb. Hazırda 30-dan çox praktiki tətbiqi əhatə edən ikiillik rəqəmsal yol xəritəsi hazırlanır; əkin sahələrinin xəritələşdirilməsi, torpaq monitorinqi və suya qənaətli suvarma texnologiyaları yaxın gələcəkdə geniş tətbiq olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki