image-n1karobka_ads
image-123
image-17443603846083749298_1200x630backend

Nazir: Azərbaycanla Moldova strateji tərəfdaşdır

image-ad_qayo_720x110px

Azərbaycanla Moldova strateji tərəfdaşdır. Ölkələrimiz arasında əməkdaşlıq, xüsusilə də kənd təsərrüfatı sahəsində əlaqələr intensiv inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazir 30 il işğal altında olan ərazilərdə artıq təmir-bərpa işləri aparıldığını və bunun Azərbaycan üçün prioritet təşkil etdiyini vurğulayıb.

M.Məmmədov qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Onun sözlərinə görə, bu günədək Azərbaycan və Moldova arasında müxtəlif sahələrdə 66 beynəlxalq layihə həyata keçirilib, altı layihəyə isə baxılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki