image-n1karobka_ads
image-123
image-news_20230209053056backend

Nazir buraxılış siniflərində davamiyyətin aşağı olmasına münasibət bildirib

image-ad_qayo_720x110px

“Buraxılış siniflərində davamiyyət müəyyən mənada aşağı olur”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, burada məktəblərin üzərinə müəyyən məsuliyyət düşür:

“11-ci siniflərdə tədris müddətinin son aylarında şagirdlərdə maraq yaratmalıdır ki, onlar məktəbə gəlsinlər. Düşünürəm ki, məktəblər şagirdlərlə daha sıx işləməlidir. Buraxılış imtahanlarının tez keçirilməsinə gəldikdə isə, Dövlət İmtahan Mərkəzinə açıq sualları yoxlayıb çatdırmaq üçün vaxt lazımdır”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki