Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Faiq Hüseynov və Vüqar Mamedovla görüşüb.
Nazirlikdən Doğru.az-a bildirilib ki, görüşdə müsabiqə qaliblərinə dövlət qurumu idarəçiliyində qərarların verilməsi, strateji layihələrin icrası, ictimaiyyətlə əlaqələrin qurulması istiqamətində məlumatlılıq və bilik-bacarıqların artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünü inkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
DOĞRU.AZ