image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-25backend

Nazir müşaviri: “Elm və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsində bir sıra yeniliklər olacaq”

image-728x90px

“Elm və təhsil müəssisələrinin ehtiyacları ilə bağlı operativ fəaliyyətə başlamışıq”.

Bunu “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarında elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov deyib.

Onun sözlərinə görə, təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi istiqamətində bir çox yeniliklər olacaq:

“Səlahiyyətli şəxslərlə görüşüb, müzakirələr aparırıq. Elm və təhsil sahəsi iki milyondan çox şəxsi əhatə edir. Gündəlik olaraq elm və təhsil ilə bağlı pozitiv və neqativ məqalələr dərc olunur. Faydalı nəticələrini görürük”.

E.Nəsibov qeyd edib ki, əsas məsələ məlumatların mediada düzgün təqdim olunmasıdır:

“Təhlillər aparılır. Bu gün daha çox diqqət problemlərə yönəlib. Sosial media da daha çox aktivləşib”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki