Barselonanın və Paris Saint Germain keçmiş futbolçusu Neymar 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə keçidi ilə diqqətləri Səudiyyə Ərəbistanı liqasına çəkdiyi üçün Kriştianu Ronaldonu tərifləyib.
“Bütün bunları Cristiano Ronaldo başladı, baxmayaraq ki, onu dəli adlandırırdılar. Bu gün Səudiyyə Ərəbistanı çempionatının getdikcə necə böyüdüyünü görürsünüz. Xüsusilə yay transfer pəncərəsindəki bütün transferlərdən sonra liqa çox rəqabətli olacaq.
Rəqabət mənim üçün çox önəmlidir, ona görə də bura köçdüm. Başqa komandaların yüksək keyfiyyətli oyunçuları ilə tanış olmaq imkanı məni həyəcanlandırır və daha da yaxşı oynamağa vadar edir. Və təbii ki, Ronaldo, Benzema və Firminoya qarşı matçlar daha həyəcanlıdır”, – braziliyalı bildirib.
Neymarın “Əl-Hilal”ın futbolçusu kimi təqdimatı avqustun 19-da baş tutacaq.
Mənbə: Sports.ru