image-2000x150px
image-1621092937_mbackend

Nümunəvi direktora qarşı qara konpaniyanın başında kimlər dayanır?

image-728x90px

Müəllimlik fəaliyyəti həmişə yüksək qiymətləndirib. Bütün dünyada bu peşəyə xüsusi diqqət və hörmət var. Çoxumuz böyüklərdən eşitmişik ki, deyirlər, biz elə bilirdik filan müəllim çörək yemir. Yəni müəllimliyə, müəllimə bu qədər müqəddəs yanaşma olub. 

Bu gün də dünyanın hər yerində müəllimlik ixtisasına və müəllimə olan münasibət eynidir. Lakin, müasir dünyada, müasir texnalogiya qarşısında istər-istəməz məmur, yazıçı, müğənni, dəmirçi, dərzi və s. kimi müəllimlik edən insanların da şəxsi həyatı qalmayıb. Sosial şəbəkələr gündəlik eybəcərlikləri bir kənara qoyub təsadüfən baş vermiş hansısa hadisəni trajlamağa başlayır. Bu da həmin hadisənin nadir hadisə olduğuna bir işarədir.

Çox təssüf ki, bu gün ölkə jurnalistikası peşəkarlıq yox, hay-küy dalında sürünür. Bəlkə də ictimai maraq burada rol oynayır. Cəmiyyət ət çəkən maşın kimi artıq bir obraz yaradıb. Bunu təkcə mən demirəm, mumur da, jurnalist də, şair də, müəllim də, hər kəs bu həqiqəti bilir.

Milli mentalitet məsələlərinə varanda bir xanıma münasibət də bizim soyumuzdan fərqli gəlir. Yeni bir kişiyə olan münasibət eyni məsələdə xanıma olan münasibətdə fərqlidir. Belə də olmalıdır. Biz kişilərin borcumuzdur ki, xanımlara yol verək, daha xanım müəllimənin şəxsi həyatından hansısa bir epizodu götürüb mənfi rəy yaratmağa çalışmayaq.

Müasir dünyanın, texnologiyanın qoynunda keçən əsr müəllimlərinin davranışlarını bu günün müəllimindən tələb etmək cahillikdən başqa bir şey deyil.

Çox təssüf ki, belə haqsızlıqlarla üzləşən bir müəlliməmuz də 23 saylı Kəlbəcər rayon tam orta məktəbin direktoru Həqiqət Şükürovadir. 


Hələ ki, qısaca yazacağıq, xanım direktor haqqında şər-böhtan xarakterli məlumatları mətbuata sızdıran “kişilər” haqqında araşdırma aparırıq, görək onlar kimdi? Bir ziyalı xanımdan nə istəyirlər? Məqsədləri nədir?  

Həqiqət Şükürova 1985-də ziyalı ailəsində dünyaya göz açıb, qardaşı milli qəhrəmandir, özü isə 15 ildən çoxdur müəllimə işləyir, dövlətinə, millətinə qəlbən bağlı bir ziyalıdır.

Biraz da açıq yazsaq, həqiqət budur ki, Həqiqət Şükürova haqqında ölkənin idarəçiliyində yüksək vəzifə tutan bir adam və onun əlaltıları qara kampaniya aparır. Məqsədi bizə bəlli deyil. Amma Həqiqət xanım həqiqətləri bilir və bu barədə saytımızda geniş yazı olacaq.

Bizi izləyin…

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki