Amerikanın Nyu-York şəhərinin sakinləri siçovulların çoxluğuna görə kütləvi şəkildə başqa yerlərə köçürlər.
Bu barədə yerli “The New York Post” qəzetinə istinadən şəhərin meri Erik Adams bildirib.
ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, son bir ildə təxminən 102 min insan Nyu Yorku tərk edib. Bu statistikaya münasibət bildirən rayon rəhbəri baş verənlərin bir neçə amilini sadalayıb.
O, xüsusilə yaşayış qiymətlərinin yüksək olmasına və koronavirus pandemiyasının nəticələrinə diqqət çəkib. Eyni zamanda, Adams şəhərdə çoxlu siçovulların peyda olduğunu vurğulayıb.
“Uşaqları və ailələri olan bəzi insanlar uşaqlarının çöldə oynaya biləcəyi, böyük yaşıl sahələr, heyvanları görmək istəyərlər – Nyu Yorkda siçovullardan başqa heç bir heyvan görməyəcəksiniz.” – mer əlavə etdi.
Mənbə: Haberler.com