image-nerjbanner
image-ads_atlas
image-depositphotos_319725624_l-pic_32ratio_1200x800-1200x800-2389backend

Okeanoloqlar Yer kürəsinin ən dərin sualtı yerinin dibində dağıntılar aşkar ediblər

image-nerjbanner

Skripps Okeanoqrafiya İnstitutunun okeanoloqları okeanın ən dərin yeri olan (Mariana xəndəyində yerləşir) Challenger Deep-də 10900 metr dərinlikdə pivə şüşəsi aşkar ediblər. Bu barədə Los Angeles Times məlumat yayıb.

Xüsusi aparatda Mariana xəndəyinin dibinə enən elm adamları 10900 metr dərinlikdə etiketi qorunub saxlanılmış pivə şüşəsi aşkar ediblər. Bildirilir ki, dağıntılar Sakit okeanın (və Yer kürəsinin su hövzəsinin) ən dərin yeri olan Çellencer dərinliyində tapılıb.

Okeanoloqlar Yerin ən əlçatmaz guşələrinin belə çirklənmə təhlükəsi altında olmasından narahat olduqlarını bildiriblər. Alimlər dünya əhalisinin su ehtiyatlarına, o cümlədən okeanlara münasibətinin dəyişdirilməsinin zəruriliyini bəyan ediblər.

Mənbə: TASS

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki