Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.
Doğru.az xəbər verir ki, görüşdə ombudsman BMT ilə əməkdaşlığın insan hüquqlarının təbliği və hüquq mədəniyyətinin inkişafına verdiyi töhfəni vurğulayıb. Səbinə Əliyeva Andreyevaya Azərbaycandakı fəaliyyəti dövründə göstərdiyi faydalı əməkdaşlığa görə təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.
Vladanka Andreyeva da qəbula görə təşəkkürünü bildirib, Azərbaycan ombudsmanının fəaliyyətini yüksək qiymətləndirərək əməkdaşlıqdan məmnun olduğunu ifadə edib.
DOĞRU.AZ




























