image-2000x150px
image-123
image-ads_atlas
image-1167814_xbackend

Onlar “Xəyanətə yox” dedilər – VİDEO

image-728x90px

Romantik komediya janrında çəkilən “Xəyanətə yox” filminin yayım tarixi bəlli olub.

Ekran işi 21 dekabrdan ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq.

Toy günündə hamı ekranlarda bəylə gəlinin “Love Story” ni gözlədiyi vaxt, bəyin xəyanət videosuna baxmalı olurlar. Aləm bir – birinə dəyir, toy dağılır. Təbii ki, bu xəyanət bağışlanmır. Xəyanət olunan baş qəhrəmanlar bir araya gəlib “Bizə xox gəlməyin! Xəyanət görmüsünüzsə XOX-a gəlin!” sloqanı ilə intiqam almağa başlayırlar. Xəyanət edənlərin cəzası sizi çox güldürəcək.

Filmdə Mətanət Əliverdiyeva, Nicat Rəhimov, Aysel Səlimli Danilova, Rəsul Abbasov, Aydan Ağayeva, Şəms Allahverdiyeva, Tərlan Nur Yaşar, Aqil M.Quliyev, xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Şamil Süleymanlı, əməkdar artistlər Vaqif Kərimov, Rövşən Kərimduxt və başqaları rol alıb.

Qeyd edək ki, ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki