image-2000x150px
image-123
image-ads_atlas
image-17177712121879863418_1200x630backend

Ötən ay 2,9 milyon baş xırdabuynuzlu heyvan peyvəndlənib – FOTO

image-728x90px

Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən ölkədə xüsusi təhlükəli heyvan xəstəliklərinə görə epizootik vəziyyət nəzarətdə saxlanılıb, bu xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Doğru.az-a bildirilib ki, “Epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər” planına uyğun olaraq cari ilin may ayında 681171 baş iribuynuzlu (İBH), 2877739 baş xırdabuynuzlu (XBH), 18006 baş təkdırnaqlı heyvan (TDH), 1051 baş donuzda qarayara xəstəliyinə, 171694 baş İBH,1210028 baş XBH-da dabaq xəstəliyinə, 391620 baş İBH-da İnfeksion nodulyar dermatit xəstəliyinə, 905272 baş XBH-da çiçək xəstəliyinə, 893 baş donuzda klassik taun xəstəliyinə, 22629 baş İBH və 91066 baş XBH-da bruselyoz xəstəliyinə, 6596 baş sahibli itlərdə, xəstəliyin rezervuarlarında oral peyvəndləmə üsulu ilə 250 baş sahibsiz it və 500 baş vəhşi heyvanda quduzluğa qarşı peyvəndləmə tədbirləri aparılıb. Ektoparazitlərə qarşı 54628 baş XBH və 2785 baş İBH çimizdirilib.

Eləcə də 297 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib. Heyvan saxlanan 20663 kvadratmetr ərazidə profilaktiki dezinfeksiya, peyvəndləmədən sonra 1835081 kvadratmetr sahədə məcburi dezinfeksiya və 17190 kvadratmetr ərazidə dezinseksiya tədbirləri aparılıb. Tədbirlərin həyata keçirilməsində ölkə üzrə 1053 nəfər fərdi baytar mütəxəssisi fiziki şəxs kimi fəaliyyət göstərib.

Həmçinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə heyvanların yemlənməsi, bəslənməsi və saxlanmasında baytarlıq-sanitariya tələblərinə əməl edilməsinə dair məsləhət və tövsiyələr verilib.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə həyata keçirilən profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtında aparılmasının nəticəsi olaraq Respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hazırda epizootik vəziyyət sabitdir. Xırdabuynuzlu və iribuynuzlu heyvanlar arasında qarayara və dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-17177712122811220470_1200x630 image-1717771212199443299_1200x630 image-17177712122411260509_1200x630 image-17177712125018042762_1200x630 image-17177712123087054791_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki