image-2000x150px
image-123
image-ads_atlas
image-19636_vg5dfbrsi5backend

Özünü heykəldən asan şəxs Psixiatrik Xəstəxanada qeydiyyatda imiş – VİDEO

image-728x90px
Bakıda parkdakı Nikola Tesla heykəlindən özünü asan 27 yaşlı Mirəziz Əlizadənin intihar səbəbi bəlli olub.

Doğru.az xəbər verir ki, Xəzər TV-nin bu barədə hazırladığı reportajda bildirilir ki, Nərimanov rayon İcra Hakimiyyətindən verilən məlumata görə, intihar edən şəxs 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydiyyatda olub. Vətəndaşın narkoloji problemlərinin olduğu da deyilir.

Xırdalan şəhərində qeydiyyatda olan M. Əlizadə bir müddət Nərimanov rayonunda kirayadə yaşayıb. İntihardan saat 11:00 radələrində bağa gələn sakinlər xəbər tutublar. Daha sonra təcili tibbi yardıma və polis bölməsinə xəbər verilib. Sakinlərin sözlərinə görə, intihar hadisəsi səhər tezdən baş verib.

Qeyd edək ki, Baş Prokurorluq prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiridiyini, habelə məhkəmə tibbi ekspertizasının təyin olunduğunu açıqlamışdı. Hazırda Nəsimi rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki