image-2000x150px
image-123
image-ads_atlas
image-851b02f7-fbec-333e-97b9-31c3612878fd_850backend

Özünü jurnalist kimi təqdim edərək tibbi işçisini hədələdi

image-728x90px

Abşeron rayonunda özünü jurnalist kimi təqdim edərək Hökməli qəsəbəsində tibb işçisindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Doğru.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, qəsəbədə yerləşən tibb məntəqəsində işləyən şəxslərdən biri  polisə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib

Cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Qazax rayon sakini Saleh Hüseynov zərərçəkəndən 500 manat almaq istəyərkən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki