Papua-Yeni Qvineyanın dağlıq bölgələrində tayfalar arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 64-ə çatıb.
Bu barədə “France Presse” polisə istinadən xəbər verir.
Daha əvvəl bildirilmişdi ki, qarşıdurmalar nəticəsində 53 nəfər həlak olub və bu, artıq ölkənin yüksək dağlıq ərazilərində yaxın tarixdə ən böyük qırğın adlandırılır. Bununla belə, fevralın 19-da günorta saatlarında polis əməkdaşları daha 11 ölü cəsədi aşkar ediblər.
Məqalədə deyilir: “Polisin bazar ertəsi verdiyi məlumata görə, Papua Yeni Qvineyanın yüksək dağlıq ərazilərində 64 qanlı cəsəd tapılıb.
Mənbə: Sabah