image-2000x150px
image-123
image-ads_atlas
image-420197713_18424851907047688_5533512136850771710_n-pic_32ratio_900x600-900x600-64360backend

Paris Hilton övladları ilə bağlı önəmli açıqlama verib

image-728x90px

Model və aktrisa Peris Hilton övladlarının sosial şəbəkələrə aludə olacağından qorxduğunu etiraf edib.

Bu barədə Daily Mail məlumat yayıb.

43 yaşlı Paris Hilton Los-Ancelesdə hər il keçirilən “A Day of Unreasonable Conversation” tədbirinə qatılıb. Tədbirdə model övladlarının “mehriban dünyada böyüməsini” istədiyini bildirib. Məşhur oğlu Feniks və qızı Londonun sosial şəbəkələrdən kənarda vaxt keçirməsinin onun üçün vacib olduğunu etiraf edib.

“Mənə elə gəlir ki, bu həqiqətən uşaqlardan çox şey götürüb. Artıq çölə çıxmırlar və ya çox oynamırlar, çünki hamı telefonla məşğuldur. Ümid edirəm ki, övladlarım mənim kimi sosial şəbəkələrə aludə olmayacaqlar”, deyə Paris Hilton bildirib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki