image-2000x150px
image-123
image-ads_atlas
image-21627_w4uey6u28obackend

“Patı” almağa gedəndə narkotacirin həyətində saxlanıldılar

image-728x90px

Lənkəran rayonunda narkotik daşıyan və satan 6 şəxs saxlanılıb.

Doğru.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əvvəllər məhkum olunmuş F.Fərəcovun üzərindən 1 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə narkotik vasitə heroin aşkarlanıb.

F.Fərəcovun həmin narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhər sakini F.Həmdəmovdan aldığı, onun da yaşadığı evdə tiryəkxana təşkil etdiyi müəyyən edilib.

F.Həmdəmovun yaşadığı evdən 1 kiloqramdan artıq heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Onun evinə baxış keçirilən zaman “patı” almağa gələn və həmin vaxt evin həyətində olan əvvəllər məhkum olunmuş R.Səfərov və S.Seyfullayev də saxlanılıb. Onların hər birinin üzərindən 1 bükümdə psixotrop maddə, 1 bükümdə heroin aşkarlanaraq götürülüb.

Qumbaşı kənd sakinləri, əvvəllər məhkum olunmuş Z.Hüseynov və Q.Rəhimov saxlanılıblar. Keçirilən baxış zamanı onların üzərindən ümumilikdə 20 bükümdə metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki