image-2000x150px
image-123
image-ads_atlas
image-20190827_gaf_u39_884-pic_32ratio_900x600-900x600-52219backend

Pentaqon ildə istehsal olunan sursatın miqdarını açıqlayıb

image-728x90px

2024-cü ilin sonuna qədər ABŞ ayda 80 minədək artilleriya mərmisi istehsal edə biləcək ki, bu da ölkəyə Ukraynanı daha fəal dəstəkləməyə, həmçinin öz ehtiyatlarını və müttəfiqlərinin ehtiyatlarını artırmağa imkan verəcək.

Bunu Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı ordu katibinin satınalma, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buş bildirib.

Buşun sözlərinə görə, ABŞ çoxlu sayda tank əleyhinə “Javelin” raketləri, GMLRS idarə olunan raketləri, “Patriot” zenit raketləri, “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri və hazırda Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən digər silahlar istehsal edəcək.

Hərbçi əlavə edib ki, istehsalı 2025-ci ilin sonuna kimi ayda 100 min mərmiyə çatdırmaq üçün ABŞ Konqresinin buna əlavə maliyyə, ehtimal ki, ildə təxminən 3,1 milyard dollar ayırması lazım gələcək.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki