image-2000x150px
image-123
image-ads_atlas
image-man-feels-hesitant-whether-eat-hamburger-pizza-prefers-eating-junk-food-wears-round-spectacles-jumper-pic_32ratio_900x600-900x600-28985backend

Pizza və cipsdən asılılıq alkoqol asılılığına bənzəyir

image-728x90px

Britaniyalı klinik psixoloq Cen Unvin bildirib ki, insanlarda ən çox beş növ ultra emal olunmuş qidaya – pizza, şokolad, çips, peçenye və dondurmaya aludəçilik yaranır.

Belə qidalarda həddindən artıq duz, şəkər, konservantlar və digər əlavələr nikotin, alkoqol və narkotik maddələrə bənzər asılılıq yaradır.

Ultra emal olunmuş qidalara emulqatorlar, qatılaşdırıcılar, süni ləzzətlər, böyük miqdarda şəkər və duz əlavə edilməklə təmizlənmiş və yüksək dərəcədə təmizlənmiş inqrediyentlərdən sənaye şəraitində (fabriklərdə və ya fast food müəssisələrində) istehsal olunan qidalar daxildir.

Belə qatqılar olan qidaları qəbul etdikdə beyindəki həzz mərkəzləri işə düşür. Bu, stimullaşdırıldıqda həzz duyğularına səbəb olan bir sıra beyin strukturları üçün ümumi bir termindir. O, həm də istəklər, vəsvəsələr və asılılıqlara görə məsuliyyət daşıyır. Müasir nevroloqlar həzz mərkəzlərini “möhkəmləndirici sistem” adlandırırlar.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki