image-n1karobka_ads
image-123
image-shutterstock_2150469887-pic_32ratio_900x600-900x600-71906backend

PMR Moldovadan gələn rüsumların təzyiqindən şikayətlənib

image-ad_qayo_720x110px

Moldovanın tətbiq etdiyi gömrük rüsumları Dnestryanı iqtisadiyyatını boğmaq və tanınmamış respublikada sosial böhrana səbəb olmaq siyasətini gücləndirir.

Bunu Pridnestroviya Moldova Respublikasının (PMR) rəhbəri Vadim Krasnoselski deyib.

Moldovanın gömrük xidməti bəyan edib ki, ölkə hakimiyyəti Dnestryanı şirkətlərə gömrük vergilərini ödəyərkən verilən güzəştləri ləğv edib. Respublikanın vergi məcəlləsinə edilən dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

“Moldova Dnestryanı iqtisadiyyatı boğmaq və Dnestryanıda sosial böhran yaratmaq siyasətini gücləndirir”, – Krasnoselski qeyd edib və əlavə edib ki, mövcud maliyyə və nəqliyyat blokadası, eləcə də idxalla bağlı problemlər eyni zəncirin halqalarıdır.

Dövlət başçısı onu da qeyd edib ki, PMR-ə dərman və tibbi avadanlıq da daxil olmaqla böyük bir siyahının malların idxalı qadağandır.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki