image-n1karobka_ads
image-123
image-upload-2023-01-11t150935z_1587836237_rc2foy93u0ko_rtrmadp_3_ukraine-crisis-poland-lithuania-pic_32ratio_900x600-900x600-93755backend

Polşa prezidenti fermerlərin Ukrayna ilə sərhədi bağlamasını “qanuni etiraz” adlandırıb

Polşa prezidenti Anjey Duda fermerlərin Ukrayna ilə sərhədi bağlamasını “qanuni etiraz” adlandırıb.

Duda sərhəddəki vəziyyətdən təəssüfləndiyini bildirib və qeyd edib ki, demokratik Polşada etiraz etmək hüququ ölkə konstitusiyası ilə təmin olunub. Bundan əlavə, o, hökumətdən müstəqil kənd təsərrüfatı həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyini xatırladıb, müəyyən hallarda onlar etiraz edə bilərlər və dövlət onlarla danışıqlar aparmağa borcludur.

Polşa prezidenti bildirib ki, hazırda ölkə hakimiyyəti, həmkarlar ittifaqları və fermerlər sərhədin açılması ilə bağlı razılığa gəlməyə çalışırlar. Duda vurğulayıb ki, sərhədin bağlanması fermerlər tərəfindən həyata keçirilib və Polşa dövlətinin bu hərəkətlərlə heç bir əlaqəsi yoxdur.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki