image-n1karobka_ads
image-123
image-shutterstock_2256502529-pic_32ratio_900x600-900x600-70114backend

Polşa Rusiyanı Avro-2024 oyunlarının yayımını pozmaqda ittiham edib

image-ad_qayo_720x110px

Polşanın rəqəmsallaşma nazirinin müavini Pavel Olşevski bildirib ki, 2024-cü il Avropa çempionatının Hollandiya millisi ilə oyununun yayımının pozulmasına Rusiya təsir edib. 

Onun sözlərinə görə, rusiyalı hakerlər televiziya və radio yayımlarına müdaxilə etmək üçün qəsdən DDoS hücumu təşkil ediblər.

“Hücum, demək olar ki, saat 15:00-da, Polşa-Hollandiya oyununun başlanğıcında baş verdi. Xoşbəxtlikdən, cavab qruplarımız bu hadisəyə tez reaksiya verə bildilər”, – Olşevski bildirib.

Avro-2024-ün qrup mərhələsinin ilk turunun matçında Polşa Hollandiyaya uduzub. Görüş 2:1 hesabı ilə başa çatıb. Polşa millisinin heyətində hesabı Adam Buksa açıb. O, 16-cı dəqiqədə fərqlənib. Qarşılaşmanın 29-cu dəqiqəsində Hollandiyanın heyətində Kodi Qakpo hesabı bərabərləşdirib. 83-cü dəqiqədə Wout Weghorst oyunun yekun hesabını təyin etdi.

Mənbə: Sports.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki