image-n1karobka_ads
image-123
image-upload-20190609_zaa_n230_938-pic_32ratio_900x600-900x600-47530backend

Polşa Ukrayna üçün trotil istehsalını artırıb

Polşa silah zavodları Ukraynaya tədarük fonunda istehsal gücünü maksimum dərəcədə artırıb.

Bu barədə Rzeczpospolita məlumat yayıb.

Məsələn, “Krab” özüyeriyən haubitsaları istehsal edən “Huta Stalowa Wola” konserni iki il ərzində istehsalı ikiqat artırmağı gözləyir.

Nitro-Chem-də trotillər gündə 24 saat üç növbədə istehsal olunur. Şirkətin prezidenti Dominik Savitskinin dediyi kimi, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı və partlayıcı maddələrə tələbatın kəskin artması Bıdqoşdakı zavodu trotil istehsalını maksimum səviyyəyə çatdırmağa məcbur edib.

Ötən həftə məlum olub ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ senatorları Kristofer Kuns və Maykl Rounds ilə görüş keçirib və o, Vaşinqtonu Ukraynaya gələcək hərtərəfli dəstək verməyə çağırıb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki