Polşanın xarici işlər naziri Radoslav Sikorski Berlinin Polşanın müttəfiqi olduğunu deyib, lakin həlli vacib olan problemləri xatırladıb.
TVN 24 xəbər verir ki, bu barədə o, Berlinə səfərindən əvvəl bildirib.
“Əvvəlki hökumət Almaniya əleyhinə təbliğat aparırdı. Biz inanırıq ki, demokratik Almaniya Polşanın müttəfiqidir. Biz Avropa institutları və ən böyük ticarət tərəfdaşımızla soyuq müharibəyə son veririk”, – Sikorski bildirib.
Eyni zamanda o qeyd edib ki, “yaxşı münasibətiniz olsa belə, həll edilməli olan problemlər var”.
Mənbə: A Haber