image-n1karobka_ads
image-123
image-110-pic_32ratio_900x600-900x600-49509backend

Polyanski İsrailin daimi nümayəndəsinin sözlərini cəfəngiyyat adlandırıb

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Rusiyanın Ukraynadakı hərəkətlərini HƏMAS-ın İsrailə hücumu ilə müqayisə edən İsrailin daimi nümayəndəsi Gilad Erdanın açıqlamalarını absurd adlandırıb.

Bu barədə o, X sosial şəbəkəsində yazıb.

Ötən həftə Baş Assambleya Ukraynanın “müvəqqəti olaraq işğal olunmuş” ərazilərinə həsr olunmuş iclası yekunlaşdırıb. Analoji görüşlər Krımın Rusiyaya birləşdirilməsindən sonra hər il keçirilir.

Erdan qeyd edib ki, son iki ildə İsrail həm beynəlxalq, həm də yerli səviyyədə Ukraynaya dəstək verib. O, “Rusiya iki il əvvəl Ukraynanın ərazisini işğal etməklə onun suverenliyini və ərazi bütövlüyünü pozduğunu” bildirib.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki