image-n1karobka_ads
image-123
image-17354587685292521785_1200x630backend

Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş aqrar sahədə çalışan şəxslərə orden və medallar təqdim edilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 31 oktyabr tarixli “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında” Sərəncamına əsasən təltif olunmuş nazirlik əməkdaşları və fermerlərə orden və medallar təqdim olunub.

Bu barədə Doğru.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Orden və medalların təqdim olunmasına həsr olunmuş tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, aqrar sahənin daha da inkişafı məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Nazir bu gün aqrar sahədə əldə edilən uğurların və nəticələrin Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, aqrar sahədə çalışan şəxslərə ölkə başçısı tərəfindən daim böyük qayğı göstərilir. Dövlət başçısının Sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi onların əməyinə verilən yüksək dəyərdir.

Dövlət başçısının kənd təsərrüfatı sektorunda çalışan 37 nəfəri orden və medallarla təltif etdiyini xatırladan nazir Məcnun Məmmədov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezidentin imzaladığı Sərəncamla təltif olunan nazirlik əməkdaşları və fermerlər verdiyi dəyərə görə dövlət başçısına təşəkkür ediblər.

Sonra təltif olunmuş nazirlik əməkdaşları və fermerlərə medal və vəsiqələr təqdim edilib.

DOĞRU.AZ

image-1735458768880052451_1200x630 image-17354587683616613654_1200x630 image-173545876872167955_1200x630 image-17354587682381714282_1200x630 image-17354587681095254588_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki