image-n1karobka_ads
image-123
image-67871a0d3d49667871a0d3d497173690727767871a0d3d49467871a0d3d495backend

Prezident Pezeşkian: İran heç vaxt Trampa sui-qəsd planlaşdırmayıb

image-ad_qayo_720x110px

İran prezidenti Məsud Pezeşkian NBC News telekanalına müsahibəsində deyib ki, Tehran heç vaxt ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa sui-qəsd planlaşdırmayıb.

Onun sözlərinə görə, bu mesajlar İsrail və digər ölkələrin iranofobiyanı təbliğ etmək üçün hazırladıqları sxemlərdən biridir.

“İran heç vaxt kimisə öldürməyə cəhd etməyib və planlaşdırmır. Heç olmasa, mənim bildiyim qədər”, – Pezeşkian vurğulayıb.

Noyabr ayında İran artıq Trampa qarşı sui-qəsd cəhdlərində iştirakını inkar etmişdi .

ABŞ Ədliyyə Nazirliyi öz növbəsində İran hakimiyyəti adından İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) agenti Fərhad Şakerinin Trampa sui-qəsd hazırladığını açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki