image-n1karobka_ads
image-123
image-690590c0ae5ac974b73393dcbackend

Primorsk diyarında cəzaçəkmə müəssisəsindən qaçan Çin vətəndaşı axtarılır – FOTO

image-ad_qayo_720x110px

Rusiyanın Primorsk diyarında yerləşən 37 saylı Cəzaçəkmə Koloniyasından qaçan məhkumun axtarışları davam edir.

Doğru.az xəbər verir ki, bu barədə Federal Penitensiar Xidmətin (GUFSIN) Primorsk diyarı üzrə idarəsi məlumat yayıb. Məlumata əsasən, qaçan şəxs Çin Xalq Respublikasının vətəndaşıdır və o, Rusiya sərhədini qanunsuz keçdiyinə görə 18 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Axtarılan şəxsin xarakterik xüsusiyyətləri belədir:
– Boyu təxminən 170–175 sm,
– Orta bədən quruluşlu,
– Qısa, tünd saçlı və qəhvəyi gözlü.

Qaçarkən onun əynində başlıqlı qara, dizə qədər gödəkçə və tünd rəngli şalvar olub.

Federal Xidmət yerli sakinlərə müraciət edərək, əgər həmin şəxsi görsələr və ya onun harada ola biləcəyi barədə məlumatları varsa, dərhal hüquq-mühafizə orqanlarına məlumat vermələrini xahiş edib.

Hazırda məhkumun tutulması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri aparılır.

DOĞRU.AZ

image-img_20251101_085356_639

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki