image-ads_n1karobka_mobile
image-ap23321513380639-pic_32ratio_900x600-900x600-52900backend

Putin: “Maskın yenilikləri dayandırıla bilməz”

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, sahibkar İlon Maskın innovasiyasını dayandırmaq olmaz.

Bu barədə o, jurnalistin saytında dərc olunan Taker Karlsona müsahibəsində bildirib.

“İndi deyirlər ki, ABŞ-da İlon Mask artıq hansısa insanın beyninə çip yerləşdirib. Düşünürəm ki, Maskı dayandırmaq mümkün deyil – o, hələ də lazım bildiyini edəcək”, – Putin bildirib.

Prezident Maskı ağıllı insan adlandırıb və milyarderlə razılaşmanın lazım olduğunu bildirib.

Karlson fevralın 3-də Moskvaya gəlib. Onun Rusiyaya gəlişi Rusiya mətbuatında geniş işıqlandırılıb. Jurnalistin Moskva səfəri zamanı Putinlə müsahibənin lentə alınması Qərb mətbuatının diqqətini çəkib.

Mənbə: Lenta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki